AQROİNVEST - Kredit İttifaqı
TELEFON:   +994 12 434 64 05/11

  Xəbərlər

2016–cı il mart ayında Aqroinvest Kredit İttifaqının Biləsuvar qaçqın və məcburi köçkünlər qəsəbəsində yeni filialının və trening mərkəzinin açılışı olacaqdır.

Trening mərkəzində kənd təsərrüfatında çalışan üzvlərimizin maliyyə savadının artırılması və onların bizneslerinə yerli və xarici ekspertlərin təcrübəsindən istifadədir. Həmçinin yeni ofisdə komersiya və güzəştli kredit şərtləri ilə kreditlərin verilməsi davam ediləcəkdir.

Aqroinvest Kredit İttifaqı SKMF–in xətti ilə verilən 46 000 manat vəsaitin hesabına süd pendir istehsalı müəssəsinin tikintisini yekunlaşdırmaq üzərədir.

Müəssisə bu il istifadəyə veriləcəkdir.

Kiva fondu su lahiyəsinə 2016–cı ildə start vermişdir. Məqsəd kənd təsərrüfatında çalışan yerli fermərlərin əkin sahələrinə su quyularının su xəttlərinin artezanların çəkilməsini həyata keçirməkdir.

2016–cı ildə Aqroinvest Kİ–nın işçiləri beynəlxalq səviyyədə qiymətləndirmədən keçmişdir. Həmçinin Aqroinvest Kİ Paşa Bankla uğurlu əməkdaşlığı davam edir. İttifaq devalvasiyadan sonra öz kredit alan üzvlərinin kredit şərtlərini yumuşaltmış və müəyyən güzəştlər etmişdir və artıq kiçik həcmli kreditlərin verilməsinə başlanmışdır.

İttifaqın regional ofisində ümumi şöbəsi yaradılmışdır. Ümumi şöbənin əsas fəaliyyəti buraxılan kreditlərin fondlar üzrə qabagcadan monitoring işinin təşkili və sığorta heyvanların girov kimi qeydiyyatına nəzarətdir.

Aqroinvest Kİ–nın sədri 11, 12 may 2016–cı il tarixində Londonda EBRD–nin illik toplantısına və paralel olaraq Vətəndaş Cəmiyyətinin Proqramına dəvət olunmuşdur.

Hollandiyanın Oika credit təşkilatı 10 ildən artıqdır ki Aqroinvest Kredit İttifaqı ilə uğurlu əməkdaşlıg edir və 2016–cı ilin fevral ayında ayrılmış vəsaitin 1–ci tranşı köçürülmüşdür.

Məqsəd Kənd Təssərüfatında çalışan yerli fermerlərin bizneslərinə köməklikdir.

Aqroİnvest yeni işçi heyəti ilə nəzarəti gücləndirir
Bu il Aqroİnvest əsas vəzifələrə yeni işçilər gətirib. Bu işçilər tanınmış FİNCA və digər banklarda çalışmış mütəxəssislərdir.

Yeni vəzifə, Kredit Mütəxəssisi Kredit Komitəsi və İdarə Heyəti arasında sənədləri yoxlayır. Bu vəzifə müstəqildir və kredit yoxlanmasının qaydalara uyğun getdiyini təmin etmək üçün yaradılıb.

Audit missiyası tamamlanıb
2016-cı ilin yanvarında, müstəqil audit şirkəti olan Kapital Karden audit prosesini tamamlamış və sonuncu hesabatı yanvarın sonunda təqdim edilmişdir. Hesabat tələb əsasında veriləcək. Kapital Karden 2013-ci ildə də audit yoxlaması keçirmişdir.

İşçi heyətinin qiymətləndirilməsi - 2015
Hər il Aqroİnvest 3 mərhələli işçi tərəfindən, menecerlər və İdarə Heyətinin sədri tərəfindən qiymətləndirilmə həyata keçirilir. Bu işçiləri motivasiya edəcək öz özünü qiymətləndirmək üçün, və öz öhdəliklərini başa düşməyə kömək edəcək.

Bu qiymətləndirməyə əsasən işçilər ya Aqroİnvestdə işləməyə davam edəcək, ya da işi tərk edəcək, maaşlara da yenidən baxılacaq.

KİVA-nın Aqroİnvestə səfəri
2015-ci il oktyabr 27-28 tarixində KİVA-nın regional direktoru Kathy Guis və portfel meneceri Kendra Thorogood, Aqroİnvestdə olmuş və Bakı ofisində tam iki iş günü olmuşdur.

Bu görüşün məqsədi yoxlama, əməliyyatlar və prosedurlarla tanışlıq, həmçinin son irəliləyiş və dəyişiklikləri yaxından görməkdir.

KİVA səfər zamanı
Aqroİnvest yeni icma krediti tətbiq etməyə başladı . Bu məhsul suvarma üçün yeni pilot layihə olacaq və ailələrinin bir birinə zamin durmaqla model test olunacaq.

Yeni bir məhsul olduğu üçün tələbat yoxlanılmayıb, KİVA bu layihənin tətbiqində böyük rol oynayacaq.

Aqroİnvest Beynəlxalq səviyyəli tədbirlərdə iştirak edir
2015-ci ildə noyabrın 15-də Aqroİnvest İH-nin sədri Eyyub Əhmədov və beynəlxalq əlaqələr üzrə menecer Tamillar Əmirbəyova MFC-nın illik konfransında iştirak etmişdir. Konfrans gənclər mikro-maliyyə dəstəyi və investisiyaya həsr edilmişdir.

Aqroİnvest tədbirdə əsas mövzularla tanış oldu, müxtəlif mikro-maliyyə sektorunun çətinliklərinin həlli mövzusunda sessiyalarda iştirak etdi, bir sıra yeni investorlarla tanış olmuşdur.

SKMF-dən davamlı gələcəyin bir hissəsi kimi yeni investisiyalar
Aqroİnvestin yarandığı gündən bu yana istiqaməti Azərbaycanda kənd təsərrüfatının inkişafına dəstək verməkdir. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlara Kömək Milli Fondu (SKMF) və İcraçı Kredit Agentliyi böyük partnyordur və bu sahəyə investisiyaları Aqroİnvest vasitəsi ilə həyata keçirir.

Hər il İmişlidən olan fermerlər və Biləsuvardan məcburi köçkünlər aşağı faiz şərtləri ilə maliyyə dəstəyi alırlar. 2016-cı ildə SKMF 1-2% dərəcəsi ilə kredit verməklə kənd təsərrüfatına dəstəyi davam etdirməyi planlaşdırır.

Aqroİnvest Bəhreyində konfransda
2015–ci ildə Bəhreyində baş tutan tədbirdə İslam Bankçılıgı üzrə konfrans təşkil olunmuşdur və Aqroinvest Kredit İttifaqının sədri Əyyub Əhmədov konfransda iştirak etmiş və sessiyaları dinləmişdir.

İmişlidə yeni nümayəndəliy açılmışdır
2016–ci il yanvar ayında regionda kənd təsərrüfatının heyvandarlığın, həmçinin kiçik və orta sahibkarlığın inkişaf etməsi məqsədi ilə İmişli 2 nümayəndəliyi açılmışdır.

20 Aprel 2015-ci il tarixində İLCU Foundation İrlandıya şirkətinin İnkişaf üzrə Müşaviri cənab Maykl Gannon Aqroinvest Kredit İttifaqının Sədri cənab Əyub Əhmədov işguzar görüş keçirmişdilərş Görüş Aqroinvest Kİ-nın baş ofisinda keçirilmişdir. Görüş zamanı dünya tanınmış İFAT şirkətinin cari və gələcək layihələri və Aqroinvest Kİ-nın həmin layihələrdə iştrakı müzakirə edilmişdir.

14-19 Aprel 2015-ci il tarixlərində Fransanın BabyLoan Fondunun təmsilçiləri Jastina Meytraud və Violetta Kubyer Aqroinvest Kredit ittifaqına səfər etmişdilər.

Bu müddət zamanı qonaqlar təşkilatın baş ofis əməkdaşları ilə qısa görüş keçirmiş və müsahibə keçirmişdilər. Həmçinin regional ofis işçiləri ilə qaçqınlara verilən kreditlər üzrə Biləsuvar nümayəndəliklərinin işçiləri ilə görüş və qısa monitoring keçirilmişdir.

Tərəflər yaxın gələcəkdə Aqroinvest Kİ-nın Babyloan şirkəti ilə əməkdaşlığı müzakirə etdilər.

15 Aprel 2014-ci il trixində Niderland Səfri cənab Robbert J.Qabriyelse, Niderland Səfirliyinin İqtisadi və Ticarət Məsələləri üzrə Baş Mütəxəssis xanım GünelMahmudova və Aqroinvest Kredit İttifaqının Sədri cənab Əyub Əhmədov, Xarici Əlqələndirici xaım Tamilla Əmirbəyova işguzar görüş keçirmişdilər.

Görüş zamanı Azərbaycanda kənd təsərrüfatının inkişafı və Aqroinvest Kİ-nın dəstəyi müzakirə edilmişdir. Həmçinin Aqroinvest Kİ-nın gələcək potensial inkişafı və planları müzakir edilmişdir.

Xarici əməkdaşlığın inkişafı məqsədi ilə Aqroinvest Kİ hər zaman olduğu kimi yeni layihələrdə iştrak edir və yeni partnyorlarla tanış olur.

Beləliklə 2015-ci ilin Mart ayında Aqroinvest Kİ-nın İdarə Heyyətinin Sədri Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) təmsilçisinin dəstəyi ilə Azərbaycanda olan Dünya Bankının nümayəndəsi ilə görüş keçirdi. Görüş zamanı potensial əməkdaşlıq və gələcək layihələr müzakirə olunmuşdur.

Bildiyiniz kimi, Amerikanın KİVA fondu Aqroinvest Kİ-nın ilk investorlarından biridir. Bu cür əməkdaşlığın nəticəsində Aqroinvest Kİ KİVA fondunun yeni layihələrindən birinə qoşuldu. Bu layihə güzəştli şərtlərlə səhiyyə kreditlərinin verilməsi ilə bağlıdı. Səhiyyə kreditləri azgəlirli və qaçqın ailələr üçün nəzərdə tutulub və müştərilərə səhiyyə məqsədi ilə verilir.

Hər il olduğu kimi bu ildə Aqroinvest Kİ-nın işçi heyyətinin inkişafı məqsədi ilə daxili və xarici təlim planı tərtib edilib. Mart ayında daxili təlimlərdən biridə Aqroinvest Kİ-nın Maliyyə Meneceri Rövşən Məmmədov tərəfindən keçirilib. Bu təlimin mövzusu "Risklərin növləri və onun idarəolunması" adlanırdı. Təlimdə Risklərin İdarəedilməsi komitəsinin üzvləri iştrak etmişdir.

2015-ci ilin Mart ayında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Kredit Agentliyi və Aqroinvest Kİ arasında müqavilə bağlanmışdı. Bu müqavilə əsasında Agentlik Aqroinvest Kİ-na böyük məbləğdə kredit xətti ayırmışdı.

26-27 Fevral 2015-ci il tarixlərində Azərbaycan Mikromaliyyə Asosiassiyası "Kənd Təsərrüfatının Mikromaliyyəsi və İnkişafı" adlı təlim təşkil etmişdir. Bu təlim PashaBankın dəstəyi ilə təşkil edilmişdir və təlimdə Aqroinvest Kİ-nın Baki nümayəndəliyinin kredit işçisi iştrak etmişdir.

Aqroinvest Kredit ittifaqı və Azərbaycan Respublikasının Sahibkarlara Kömək Milli Fondu artıq uzun müdətdir ki əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticələrindən biridə Aqroinvest Kredit İttifaqına kredit xəttinin ayrılmasıdır. 2015-ci ilin Fevral ayında Azərbaycan Respublikasının Sahibkarlara Kömək Milli Fondu (SKMF) xətti ilə Aqroinvest Kredit İttifaqı İmişli şəhərinin sahibkarlarına güzəştli şərtlərə kredit vermişdi.

2015-ci ilin yanvar ayında Aqroinvest Kİ-da NEXİA Audit şirkəti beynəlxalq audit keçirmişdir. Audit zamanı Aqroinvest Kİ-nın fəaliyyəti yoxlanılmışdır və yoxlamanın nəticələri hazırlanmışdır.

2015-ci ilin ilk ayında Aqroinvest Kİ-qı SKMF-ın (Azərbaycan Respublikasının Sahibkarlara Kömək Milli Fondu) xətti ilə Biləsuvar rayonunun və İmişli şəhərinin sahibkarlarına kreditlər verilmişdir. Kreditlər güzəştli şərtlərlə buraxılmışdır.

2015-ci ilin Yanvar ayında İmişli şəhərində süd-pendir emal zavodu yaradılmışdır. Zavodun yaradılması Aqroinvest Kİ-nın xətti ilə həyata keçirilmişdir və artıq fəaliyyət göstərir.

Yanvar ayında Türkiyənin məşhur bankı "ECO Trade and Development Bank"-ın (Ticarət və İnkişaf Bankı) Maliyyə Təşkilatlar üzrə Müdri Məhəmməd Sadıq Ayorlu Azərbaycana səfər etmişdi.

Səfər zamanı Cənab Məhəmməd Sadıq və Aqroinvest Kİ-nın İdarə heyyətinin Sədri Cənab Ə.Ə.Əhmədov görüş keçirmişdilər. Görüş zamanı ECO Bank və Aqroinvest Kİ arası potensial əməkdaşlıq və gələcək layihələr müzakirə edilmişdir.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının maliyyə sektorunda son zamanlar İslam Bankçılığının tıdbiq edilməsində ilk addımlar atırlar. Aqroinvest Kİ həmçinin bu istiqamətdə öz fəaliyyətini başlayıb. Bunula əlaqədar Azərbaycan Beynəlxalq Bankının mütəxəssislərinin dəstəyi ilə Aqroinvest Kİ-nın islam Şöbəsinin iş heyyətinə təlim keçirirlər. Təlim zamanı İslam Bankçılığının əsaslar, onun klassik bankçılığdan fərgi və üstünlüyü, İslam Bankçılığının məhsulları və onların tədbiqi haqqında təlim keçirirlir.

Son illər Aqroinvest Kİ inkişafa doğru addımlar atır. Bu inkişafın nəticələrindən biri Abşeron Nümayəndəliyinin açılmasıdır. Yeni nümayəndəlik 2015-ci ilin Yanvar ayında Baki şəhərində fəaliyyətə başlayıb. Filial artıq fəaliyyəti üzrə ilk addımlarını atır və uğurla inkişaf edir.

28 Yanvar 2015-ci il tarixində Azərbaycan Mikromaliyyə Asosiassiyası illik ənənəyə əsasən 5-ci İllik Təltif Şam Ziyafəti keçirmişdir. Tədbirdə Azərbaycanın Mikromaliyyə sahəsinin təmsilçiləri, mikromaliyyə müəssisələrinin və üzv olmayan bankların nümayəndələri dəvət edilmişdi. Tədbirdə həmçinin yerli maliyyə orqanlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdi. Aqroinvest Kİ-ı bu tədbirdə Aqroinvest Kİ-nın İdarə Heyyətinin Sədri cənab Əyyub Əhmədov iştrak etmişdir.

2014-cü ilin İyul ayinda İtaliyanın Microfinanza Raiting şirkəti tərəfindən Aqroinvest Kİ-da keçirilən sosial və maliyyə reytinginə əsasən Sentyabr-Oktyabr aylarında analiz keçirilib.

Aparılmış analizlərin nəticələri və veriləcək qiymət Oktyabr ayının sonunda əldə edilmişdir.

2014-cü ilin İyul ayında Kanadanın MCE Social Capital şirkəti Aqroinvest Kİ arasında bağlanmış müqaviləyə əsasən Sentyabr ayında MCE Social Capital Şirkəti Aqroinvest Kİ-na razılaşdırılmış vəsaitin ikinci hissəsini ayırmışdır.

Aqroinvest Kİ-nın İdarə Heyyətinin Sədri Əyyub Əhmədov 9 sentyabr 2014-cü il tarixində Azərbaycan-Makedoniya İşgüzar Görüşünə dəvət edilmişdir və orada iştrak etmişdir.

Cari ilin Sentyabr ayında Aqroinvest Kİ-da bəzi dəyişikliklər baş vermişdi. Beləliklə Rövşən Məmmədov Aqroinvest Kredit İttifaqı MMC-nin Baş Maliyyə Meneceri vəzifəsinə təyin edilmişdir.

Rövşən Məmmədov BOKT "AzəriStar Mikromaliyyə" şirkətinin Maliyyə Meneceri vəzifəsində çalışıb və maliyyə sektorunda böyük iş təcrübəsi var. Əlavə olaraq Agdaş nümayəndəliyi Oktyabr ayında öz fəaliyyətinə yeni təcrübəli Mudir Anar Hikmətlinin nəzarəti altında başlamışdı.

Aqroinvest Kredit İttifaqı öz marketing siyasətini davam edir.

Beləliklə bir neçə nümayəndəliklərdə bu siyasətin nəticələrini görmək olar, məs. Agdaş, Baki, İmişli və Sabirabad nümayəndəliklərində marketing ilə bağlı dəyişikliklər baş vermişdi.

Aqroinvest Kredit İttfaqının İnsan Resursları üzrə Menecerin Assistenti Gülnarə Cəlilova 19 Sentyabr 2014-cü il tarixində AMFA-nın Sosial Fəaliyyətin İdarə Edilməsi (USSPM) layihəsi çərçivəsində keçirilmiş praktiki seminarda iştrak etmişdir.

Aqroinvest Kİ-nın İdarə Heyyətinin Sədri Əyyub Əhmədov 02.10.2014-cü il tarixində keçirilmiş "Korporativ idarəetmə - maliyyə vəsaitlərinə çıxış və davamlı inkişaf üçün əsas amil kimi" forumuna dəvət edilmiş və orada iştrak etmişdi.

Bu forum Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və Bank Tədris Mərkəzinin xətti ilə təşkil olmuşdur.

Bildiyiniz kimi Aqroinvest Kİ-ın ilk xarici əməkdaş şirkəti ABŞ-nın KİVA fondudur və hər il əməkdaşlığın inkişafı məqsədi ilə İttıfaq KİVA fondu tərəfindən Ittifaqa KIVA əməkdaşı bir neçə ay müddətinə səfərə gəlir. 2014-cü ildə Aqroinvest Kİ böyük məmnuniyyətlə Şotlandiyanın vətəndaşı və KİVA-nın əməkdaşı cənab Vinsent Meyini gəbul etdi. Cənab Meyn Kiva fondu və Aqroinvest Kİ arasında olan əməkdaşlığın möhkəmləndirilməsi məqsədi ilə nümayəndəliklərə səfr etmək planlaşdırır və yeni məhsulun tətbiq edilməsi ilə bağlı analiz aparır.

2014-cü ilin Oktyabr ayında Sahibkarlara Milli Kömək Fondunun xətti ilə Aqroinvest Kİ Agdaş və Sabirabad sahibkarlarına güzəştli şərtlərlə kredit buraxılmasını planlaşdırıb və hal hazırda bu planı həyata keçirir.

Əlavə olaraq Sahibkarlara Milli Kömək Fondunun xətti ilə Binəqədi rayonun 10-15 nəfər sahinkarlarına güzəştli şərtlərlə kredit verilməsi planlaşdırılır.

09-10 Oktyabr 2014-cü il tarixilərində "Maliyyə əhatəliyini dəstəkləyən innovativ praktikalar: təcrübələrin öyrənilməsi" adlı AMFA 7-ci Mikromaliyyə Konfransı keçirilmişdir.

Bu konfransda Aqroinvest Kİ-nın İdarə Heyyətinin Sədri Əyyub Əhmədov və Daxili Nəzarət üzrə Menecer Tamilla Əmirbəyova iştrak etmişdilər.

16 Oktyabr 2014-cü il tarixində Asiya Bankının Mikromaliyyə üzrə Məsləhətçisi Nina Nayar Aqroinvest Kİ-nın İdarə Heyyətinin Sədri ilə işgüzar görüş keçirmişdi.
Bu görüşün məqsədi Aqroinvest Kİ-ın inkişafı və Asiya Bankı ilə əməkdaşlığın yaradılması və genişləndirilməsidir.

2014-cü ilin Noyabr ayında Aqroinvest Kredit İttifaqının İdarə Heyyətinin Sədri AlHuda CİBE şirkəti tərəfindən "4-cü Global Mikromaliyyə Forumuna" dəvət edilmişdir.

Tədbir Dubay şəhərində Dusit Thani Hotel-də keçirilmişdir. 03-04 Noyabr tarixlərində isə "Mikromaliyyənin Şəriyət və Marketing Texnikaları" adlı Təlim Sərqisi keçirilmişdir.

2014-cü ilin 1-3 İyun tarixlərində MicroEnterprises şirkətinin Vitse Prezidenti Tala Abbası yoxlama məqsədi ilə Aqroinvestdə üç gün kemirdi. Xanım Tala rəhbərliklə, müşahidə şurasının üzvləri ilə və müştərilərlə görüş keçirdi.
Ziyarətin məqsədi şirkətdə baş verən son inkişaflar və təkmilləşdirmələrlə tanış olmaq idi. Yoxlamadan sonra MCE və Aqroinvest arasında gələcək əməkdaşlıq müzakirə olunmuşdu.

2014-cü ilin İyun ayında Aqroinvest Kredit İttifaqı SKMF xətti ilə Biləsüvar qaçqın sahibkarlarına qüzəştli şərtlərlə kredit ayırmışdı.

Aqroinvest Kredit İttifaqə və Paşabank əməkdaşlıqı davam edir. Bu əməkdaşlığın sonuncu nəticələrindən biridə şirkətlər arası bağlanmış müqavilə idi. Bu müqaviləyə əsasən Paşabank mikromaliyyə layihəsi çərçivəsində Aqroinvestə vəsait ayırmışdı.

“PAŞA Bank”ın Mikromaliyyə institutlarının bilik və bacarığını artırmaq və bütövlükdə sektoru gücləndirmək məqsədi ilə həyata keçirdiyi 2014-cü il üçün “Texniki Dəstək Proqramı” çərçivəsində maliyyələşdirdiyi (80%) 2-ci təlim “Mikromaliyyə institutları üçün Korporativ İdarəetmə” kursunda iştirak etmək imkanını təqdim etmişdi.

Təlim iştirakçılara korporativ idarə etmə haqqında baza bilikləri əldə edərək rəhbərlik etdiyi şirkətlərdə korporativ idarə etmənin vəziyyətini qiymətləndirmək və praktikalarını qabaqcıl tələb və standartlara uyğunlaşdırmaq üçün əsas tələblərini və istiqamətləri müəyyən etməyə imkan vermişdir. Bu təlimdə Aqroinvest Kİ-nın Daxili Auditi Rüfət Qarayev iştrak etmişdi.

2013-cü ilin Oktyabr ayında Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Aqroinvest Kİ-da korporativ idarəetmənin müstəqil qiymətləndirməsini apardı. Korporativ idarəetmənin inkişafının növbəti mənhələsi Azərbaycan Risk Peşakarları Assosiasiyası (ARPA) ilə Aqroiİnvestin müqavilənin bağlanması idi.

Aqroinvestin Risklər üzrə Menecerinə, Daxili Audit Menecerinə, İdarə Heyyətin Sədrinə, Daxili Nəzarət Menecerinə və Program üzrə Menecerinə 2014-cü ilin Mart ayından İyun ayına kimi ARPA tərəfindən təlimlərlə keçirilmişdi. İyul ayında təlimdə iştrak edən işçilərə sertifikatlar təqdim edilmişdir.

2014-cü ilin May ayında Aqroİnvest İstanbulda keçirilən MFC Konfransında iştrak etmişdi. Konfrans zamanı Aqroinvest əsas mövzularla tanış olmuş, mikromaliyyə sektorunun problemlərinin həll edilməsinə həsr olunmuş fərqli iclaslarda iştrak etmiş və potensial və hazırki əməkdaşlarla görüşmüşdülər.

Konfrans zamanı Aqroinvest Cyrano şirkəti ilə Qarşılıqlı Anlaşma Məktubunu imzaladırlar və 2014-cü ilin İyul ayında yoxlama keçirməyə razılaşdırlar. Yoxlama İyul ayının 1-4 arası keçirilmişdi və Cyranonu Gretel Figueroa Guzmán və Emma Aller təmsil edirdilər.

Hər iki il Aqroinvest Microfinanza Rating şirkəti tərəfindən müstəqil qiymətləndirmədən keçir. Aqroinvest bu programdan artıq 2009, 2011-ci və 2013-cü illərdə keçib. 7 - 11 İyul 2014-cü il tarixlərində Kredit İttifaqı yenidən Maliyyə və Sosial Reytingdən keçmişdir. İtalianın reyting şirkətini bu dəfə Ulan Dyuşebayev, Joris Krisa və Stefano Dekristofaro təmsil edirdilər. Yoxlama zamanı müdiriyyət, baş ofisin inzibatı işçiləri, regional ofisin, Baki və İmişli nümayındıliklərinin işçiləri ilə görüş keçirilmişdir. Azərbaycanda Aqroinvestin yoxlaması artıq bitsədə, məsafəli reyting qiymətləndirilməsi hələdə davam edir və Microfinanza Reyting şirkətinin əməkdaşları Aqroinvestlə mütamadi olaraq əlaqə saxlayırlar.

AqroInvest Oikocredit şirkətindən texniki dəstək alıb və bu o deməkdir ki qiymətləndirmənin ödənişinin 50% Oikocredit tərəfindən edilmişdir. AqroInvest Oikocreditlə 2007-ci ildən əməkdaşlıq edir.

Azərbaycan Marketinq Cəmiyyəti artıq bir neçə ildir ki, Azərbaycanda fəaliyyət göstərən, ixracat poternsialı olan şirkətlərin Kataloqunu tərtib edərək ildə bir dəfə bu Kataloqu həm çap, həm də elektron formada nəşr edir. Kataloq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi dəstəyi ilə hazırlanır. Azərbaycan Marketinq Cəmiyyəti ilə Xarici İşlər Nazirliyinin "Azərbaycan İxrac Kataloqu 2014" adlı birgə layihəsində Aqroinvest Kredit İttifaqı iştrak edib.

21.07.2014- cü il tarixdə, saat 19:00- da "Park Inn" otelinin Nəsimi zalındə keçiriləcək .Tədbirdə hökumət qurumlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri, iş adamları, bir cox müəssisə və təşkilatların rəhbərləri və həmçinin iştirak edəcəklər. Bu tədbirdə Aqroinvest Kredit İttifaqını Gülnarə Cəlilova təmsil edəcək.

Symbiotics Research & Analysis şirkətinin investisiyalar üzrə analitiki Lukresiya Ləndmann 14 May 2014-cü il tarixində Aqroinvest Kredit İttifaqına səfər etmişdi. Bu səfər üç gün davam etmişdi. Səfər zamanı Lucresiya Landmann Aqroinvest Kredit İttifasqının baş ofisin işçiləri ilə sorğu aparmışdı. Əlavə olaraq,o, regional ofis və İmişli nümayəndəliyinə getmişdi, işçilərə sorğu aparmış və onların fəaliyyətləri ilə tanış olmuşdu.

Aqroinvest Kredit İttifaqının Daxili Nəzarət üzrə meneceri Tamilla Əmirbəyova 19 May 2014-cü il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) və SMART Campaign təşkil etdiyi “Müştəri Mühafizəsi Prinsipləri” nə həsr edilmiş təlimdə iştrak etmişdi.
SMART kompaniyasının eksperti Sergio Quzman və MFC təşkilatının eksperti Kinga Dabrovska üzvlərin ehtiyaclarını nəzərə alaraq bu təlim zamanı "Uyğun məhsulun yaradılması və çatdırılması" ,"Artıq Borclanmanın qarşısının alınması” və “Şəffaflıq” kimi prinsipləri xüsusi olaraq əhatə edilmişdi.

Aqroinvest Kredit İttifaqının Daxili Auditi Rüfət Qarayev 21 May 2014-cü il tarixində və Aqroinvest Kredit İttifaqının Daxili Nəzarət üzrə Meneceri Tamilla Əmirbəyova 22 May 2014-cü il tarixində Azərbaycan Risk Peşakarları Assosiasiyasının (ARPA) təşkil etdiyi təlimlərdə iştrak etmişdilər. bu təlimlər risklərin analzi və onların idarəetməsinə həsr olunmuşdu.

 
   Menyu
 
© 2015 | AQROINVEST. All rights reserved