AQROİNVEST - Kredit İttifaqı
TELEFON:   +994 12 434 64 05/11

  Xoş gəlmisiniz

Aqroinvest Kredit Ittifaqı (Kİ) Məhdud Məsuliyyətli Cəmiyyət kimi 6 aprel 2001-ci ildə Imişli şəhərində təsis olunmuşdur.
Aqroinvest Kİ-nın əsas məqsədi kiçik və orta sahibkarlığın maliyyələşdirməsi sahəsində Respublikada aparıcı təşkilatlardan biri olmaqdan ibarətdir.

Kİ-nın fəaliyyəti İmişli, Sabirabad, Saatlı, Biləsuvar, Lənkəran, Ağsu, Ağcabədi rayonlarında və Bakı şəhərindədir.
Yaxın gələcəkdə, Aqroinvest Kİ Azərbaycanın əksər rayonlarında nümayəndəliklərinin açılmasını planlaşdırır.

Aqroinvest Kredit İttifaqının fəaliyyətinin genişlənməsində Beynəlxalq təşkilatlar olan CHF və ACDI\VOCA təşkilatları yaxından kömək etmişlər.

Eyni zamanda USAID-Beynəlxalq İnkişaf Agentliyi xətti ilə bir neçə treyninq kurslarının iştirakçısı olmuşdur.

Yarandığı tarixdən keçən bir neçə illər ərzində öz üzvlərinə xidmətin keyfiyyətinin dahada artırmaq məqsədi ilə rayonlarda nümayəndəliklərin yaratmaqla kiçik və orta biznesi inkişaf etdirməklə öz üzvlərini kreditlərlə təmin etmişdir.

Kredit İttifaqında İdarəetmə proqram təminatı əsasında həyata keçirilir. Müştərilərimizin çox hissəsi aztəminatlı insanlardır.
Aqroinvest Kredit İttifaqı əlillərə və məcburi köçkün ailələrinə sosial məişət probləmlərinin həllinədə yaxından köməklik etmişdir.

Kredit alanların 30% qədəri qadınlardır. Kredit almış hüquqi şəxslər 2500 nəfərə yaxın insanları işlə təmin etmişlər. Aqroinvest Kredit İttifaqı öz üzvlərinə aşağıdakı xidmətləri göstərir:

- KI öz üzvləri ödənilməli olan kapital payını və digər maliyyə mənbələrini cəlb edir, öz üzvlərinə divident verir;

- KI üzvlərinə sərfəli şərtlərlə kreditlər ayirir,digər maliyyə imkanlarından istifadə etmək üçün şərait yaradır və bunun müqabilində müəyyən edilmiş ödəmə və faizlər alır;

- Bank fəaliyyəti haqqında qanunvericiliyə uyğun olaraq payçılara maliyyə xidmətləri üzrə məsləhətlər və qeyri-maliyyə xidmətləri üzrə köməklik edir;

- Bütün növ maliyyə məsələləri üzrə məsləhətlər verir və sənədləşmələrin aparılmasına köməklik edir;

- Biznes planların hazırlanması marketinq, kreditin idarəı olunması və s. üzrə təlimlər keçir və xidmətlər göstərir.

 
   Menyu
 
© 2015 | AQROINVEST. All rights reserved