AQROİNVEST - Kredit İttifaqı
TELEFON:   +994 12 434 64 05/11

  AKİA ilə birgə əlaqə
2005 ci ildə Türkiyənin Antaliya şəhərində keçirilən Avropa Birliyinin AESM və Türkiyənin TESKOMB təşkilatının və beynəlxalq kredit kooperativlərinin konfrasının iştirakçısı olmuşdur. Bununla yanaşı İttifaqın əməkdaşları asossasiya xətti ilə Varşava Mikromaliyyə təşkilatının və ABŞ-in CDC təşkilatlarının dəstəyi ilə bir çox treninq kurslarında iştirak etmişlər.

Varşava Mikromaliyyə Mərkəzinin Effektli İdarəetmə mövzusu üzrə treyninq kursları zamanı

AKIA-nın rəhbəri Elçin Bağırov Aqroinvest Kredit İttifaqının Biləsuvar rayon qaçqın və məcburi köçkün şəhərciyindəki nümayəndə-liyinin ofisində məsləhətləşmələr zamanı

 

Təşkilatın Mənşəyi
Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) Azərbaycanda bütün kredit ittifaqlarına xidmət göstərmək məqsədilə fevral 2003-cü il tarixində qeyri rəsmi assosiyasiya kimi iki fərdi şəxsin və 5 Kredit İttifaqının ("Kömək", "AQROİNVEST", "Nurana", "Amin", "Nicat" və "Əlinəzərli") təşəbbüsü ilə yaradılmış və 29 dekabr 2003-cü il tarixində Ədliyyə Nazirliyindən dövlət qeydiyyatından (ŞƏHADƏTNAMƏ #1103-Qİ-1497) keçmişdir. Hazırda 53 Kredit İttifaqı AKİA-nın üzvüdür. Eyni zamanda avqust 2005-ci il tarixində AKİA Dünya Bankı tərəfindən maliyyələşdirilən kənd yerlərinin kreditləşdirilməsi komponentini icra edən İcraçı Kredit Agentliyinin (İKA) təsisçisi olmuşdur.

AKİA-nın üzvləri vacib məsələrin müzakirə edilməsi və fikir mübadiləsi məqsədilə vaxtaşırı olaraq görüşür. AKİA-nın əsas fəaliyyətlərindən biri hüquqi və siyasi islahat, təşviqat, lobbilik, təlim və məsləhət xidmətləridir Onlar Azərbaycan Kredit İnformasiyasının inkişaf etdirilməsi üçün biryerdə işləyiblər. Hal hazırda 53 Kİ və üç fərdi şəxs AKİA-nın üzvləridir.

AKİA-nın strateji planı
• Kredit İttifaqlarının fəaliyyətini tənzimləyən hüquqi və qanuni bazasının təkmilləşdirilməsi məsələsini lobbilik edilməsi;
• Kİ-nın çərçivəsində kreditləşmə, yığılma, əmanət və daxili kontrol siyasəti və təcrübəsini müasirəşdirmək;
• Uzunmüddətli, özünü saxlayan kreditləşmə mənbəsi zəmanət vermək üçün, əmanətləri toplamaq (Hökümət rəsmi icazə verəndən sonra);
• Kİ-nın operativ effektliyini təkmilləşdirmək;
• Mənfəət, genişləndirilən itkilər və qeyri-gəlirli aktivləri gücləndirmək üçün, təkilatın kapitalını qurmaq;
• PEARLS və CAMEL monitorinq sistemlərindən istifadə edərək, Kİ-nın fəaliyyətini qiymətləndirmək;
• Kİ-nın maliyyə vəziyyəti, xidmətləri, siyasətləri, istiqraz portfelini dinaq-nostik qiymətləndirməni başa çatdırmaq;
• Kİ-nın aktivləri təkmilləşdirmə məqsədi ilə, Assosiasiyanın filiallarını inkişaf etdirmək;
• WOCCU (Kredit İttifaqlarının Beynəlxalq Şurası) kimi təşkilatlarına qoşulmaq;
• Mikro-maliyyə terminologiyasının Azərbaycan İngilis-Azərbaycan lüğətini yaratmaq;
• AKİA-nın Texniki İnkişafını təkmilləşdirmək (mühasibatın kompüter proqramı, məlumat bazası, rayonlarda web site və e-mail kommunikasiya xəttləri, internetə daxil olması, və s.);
• Mobil maliyyələşdirmə sistemi yaratmaq (dağ sahələrdə yaşayan sahibkarlar və əlil sahibkarlar üçün);
• Fermer və sahibkarlar qruplarına yeni Kredit İttifaqları yaratmaq üçün kömək etmək;

 
   Menyu
 
© 2015 | AQROINVEST. All rights reserved